“NATO bir sıra daxili təşkilati problemlər yaşayır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın “The Times” qəzetinin köşə yazarı Edvard Lukas deyib.
“Komanda strukturunda tam qarışıqlıq var. Silah ehtiyatları azdır, infrastruktur qeyri-adekvatdır, logistika kövrəkdir, avadanlıqların özü isə köhnəlib”, – deyə o yazıb.
Lukas hesab edir ki, Şimali Atlantika Alyansına üzv ölkələrin mümkün hərbi münaqişədə Rusiyanı məğlub etmək hesablaması reallığa uyğun gəlmir. Onun fikrincə, Avropa və ABŞ Rusiyanın imkanlarını az, Qərbin imkanlarını isə həddindən artıq qiymətləndirir.
“Bu yanaşma köhnəlmiş, özündənrazı düşüncəyə əsaslanır”, – deyə köşə yazarı bildirib.
Burhan,
KONKRET.az
