“Əgər qarışıqlıq başlasa, avtomatla mən qaçmayacağam irəli, siz qaçacaqsınız”.
KONKRET.az Belarusun “BelTa” dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, Lukaşenko bunu “Yerli səviyyədə əhali ilə işin üsul və formalarının aktuallaşdırılması” respublika seminar-konfransında çıxışı zamanı deyib.
Lukaşenko rəsmiləri “Ukrayna ssenarisinin” qarşısını almağa və 2020-ci il etirazlarından nəticə çıxarmağa çağırıb.
“Mən sizi qorxutmuram. Bilirsiniz ki, mən elə-belə söz demirəm. 2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük bir addım atacağıq. Amma bu, bizim üçün Ukraynadan daha çətin olacaq. Allah eləməsin, qarışıqlıq başlasa, başa düşürsüz. ki, biz (hakimiyyət) irəli gedəcəyik. Aydındır ki, avtomatla irəli mən qaçmayacağam, siz qaçacaqsınız”, – Lukaşenko bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
