“Lukaşenko özünü axmaq kimi göstərir” – Rusiyalı jurnalist Belarusun Ukraynaya hücum təhlükəsindən DANIŞDIbackend

"Lukaşenko özünü axmaq kimi göstərir" - Rusiyalı jurnalist Belarusun Ukraynaya hücum təhlükəsindən DANIŞDI

“Lukaşenko özünü axmaq kimi göstərir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Kanal 24-ün efirində rusiyalı müxalif jurnalist İqor Yakovenko deyib. O, Belarusun Ukraynaya hücum təhlükəsini qiymətləndirib.

Jurnalist Aleksandr Lukaşenkonun Ukraynaya qarşı müharibədə Belarusun iştirakından hər vasitə ilə qaçaraq özünü axmaq kimi göstərdiyini deyib. Əslində bunun onun üçün pis ssenari olduğunu yaxşı bilir.

“Lukaşenko, əlbəttə ki, daim özünü axmaq, dəli kimi göstərir, hər cür cəfəngiyyat danışır. Amma o, mənim fikrimcə, (Putindən) qat-qat güclü siyasətçidir. Yaxşı olduğuna görə yox, ona görə ki, daha stabil və bacarıqlı siyasi hiyləgər və manipulyatordur”, – deyə Yakovenko bildirib.

O əmindir ki, Lukaşenko hakimiyyətdən yapışacaq və başa düşür ki, Ukraynaya birbaşa hücum etmək cəhdi ona qarşı yönələ bilər.

“Bu, çox dözümlü siyasi heyvandır, ona görə də hakimiyyətdən bərk yapışacaq. Onun üçün hakimiyyətdən yapışmaq bir tərəfdən Putini dəstəkləmək, digər tərəfdən isə Putinin onu “udmamaq” istəyi arasında balanslaşdırıcı bir hərəkətdir. Üçüncü tərəf isə, müharibədə iştirak etməməkdir”, – jurnalist deyib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Belarusdan gələn hücum təhlükəsini qiymətləndirib. Hazırda Volın və Polesye istiqamətlərində Belarus və Rusiya hərbçilərinin hücum qruplarının yaradılmasının əlamətləri yoxdur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*