Lukaşenko: “Rusiyaya boyun əyməsəz, Ukrayna tamamilə MƏHV EDİLƏCƏK” – VİDEObackend

Lukaşenko: "Rusiyaya boyun əyməsəz, Ukrayna tamamilə MƏHV EDİLƏCƏK" - VİDEO

Lukaşenko Rusiya ilə danışıqlardan imtina etdiyi üçün Ukraynanı tamamilə məhv edilməklə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuatla söhbəti zamanı deyib

Lukaşenko Ukraynanı Putinə boyun əyməyə inandırmağa çalışıb, əks halda onu tamamilə məhv olmaq gözləyir.

“İndi hər şey Ukraynanın əlindədir. Əgər onlar ölüm istəmirlərsə, xüsusilə də çoxlu sayda insanın ölümünü istəmirlərsə, buna son qoyulmalıdır. Çünki bundan sonra Ukrayna tamamilə məhv olacaq”, – deyə Belarus lideri bildirib.

Diktator onu da qeyd edib ki, Ukrayna nəinki dövlətçiliyini itirə, hətta tamamilə məhv ola bilər. Ona görə də o, ölkəyə deyil, ukraynalılara müraciət edir.

Üstəlik, Lukaşenka bildirib ki, ukraynalılar, ruslar və belaruslar gələcəkdə nəinki əməkdaşlıq edə, həm də “dost” ola bilərlər.

“Bizim nəsil Ukrayna xalqına baş verənləri izah edə bilər. Ona görə də hara baxırsan, hər yerdə sülh danışıqları gedir. Sülh, sülh və bir daha sülh”, – Lukaşenko əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*