Martın əvvəlində vəfat edən LUKOIL-un vitse-prezidenti Vitali Robertusun şirkətin gömrük departamentinin rəhbəri Aleksey Stepanovla birlikdə rüşvət işində əli olub.
KONKRET.az xəbər verir ki, Robertusun adı Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin saytında iş materiallarında qeyd olunub. Aprelin 9-da Stepanovun həbsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minib.
Aprel ayında LUKOIL-un gömrük orqanları ilə iş şöbəsinin müdiri Aleksey Stepanov Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsilə ittiham edilib. Aprelin 4-də Stepanov istintaq təcridxanasına göndərilib.
Bu iş çərçivəsində Moskvanın Basmannı məhkəməsi də rüşvət almaqda ittiham olunan Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Enerji Gömrüyünün üç yüksək vəzifəli əməkdaşını həbs edib. İş üzrə bütün müttəhimlər 2 iyun 2024-cü ilə qədər həbsdə qalacaqlar.
Günel Mikayılova,
KONKRET.az

Sirketin vise prezidendi korrupsiyada eli var, amma sirket prezidentinin xeberi yoxdur?!…