İnşaatçılar prospektində baş verən qəzanın səbəbi iki avtomobilin toqquşmasıdır.
KONKRET.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, hadisə bu gün saat səkkiz radələrində paytaxtın Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.
“Belə ki, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi “Ravon” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mercedes-Benz” markalı avtomobil yol nişanlarına çırpılıb və nişanlar yerindən çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır”, – deyə T.Nəsirli qeyd edib.
(Oxu.az)