Üç azərbaycanlı ilə bağlı son dəqiqə qərarı – Məhkəmə başa çatdıbackend

Üç azərbaycanlı ilə bağlı son dəqiqə qərarı – Məhkəmə başa çatdı

Şimali Kipr Türk Cümhuriyyətində 27 nəfərin ölümü ilə nəticələnən “FiloJet” gəmi faciəsi ilə bağlı məhkəmə yeni qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, Türkiyənin İHA agentliyinin məlumatına görə, Girnə məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan 9 nəfərin üç ay müddətinə həbsdə saxlanılmasına qərar verib. Həbs edilənlər arasında Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov da var.

Təqsirləndirilən şəxslər arasında şirkətin direktoru, iki kapitan, iki mexanik və dörd ekipaj üzvü yer alır. Məhkəmə onların qaçmaq və sübutları məhv etmək ehtimalını əsas gətirərək azadlığa buraxılması barədə vəsatətləri rədd edib.

Avqustun 30-da baş verən gəmi faciəsində 27 nəfər həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*