Luvr muzeyinin işçiləri koronavirus səbəbindən işə çıxmırlarbackend

Luvr muzeyinin işçiləri koronavirus səbəbindən işə çıxmırlar

Parisin Luvr muzeyi koronavirus səbəbindən qapılarını ziyarətçilərin üzünə açmayıb.

KONKRET.az xəbər verir ki, muzeyin işçiləri koronavirusa yoluxmaq qorxusundan işə çıxmaqdan imtina ediblər. Rəhbərliyin səylərinə baxmayaraq, işçiləri dilə tutmaq mümkün olmayıb.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra kütləvi tədbirlər ləğv edilib, 5 mindən artıq insanın toplaşmasına qadağa qoyulub.

Xatırladaq ki, Fransa Avropada koronavirusun ən çox yayıldığı ikinci ölkədir. Burada ən azı 100 nəfərin koronavirusa yoluxması halı aşkarlanıb. Virusa yoluxanlardan 2-i ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*