“Macarıstan Avropa İttifaqından (Aİ) çıxmaq niyyətində deyil və Jozef Borreldən daha uzun müddət burada qalacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş nazirinin ofisinin rəhbəri Gergely Qulyas deyib.
“Biz daha uzun müddət Aİ-nin üzvü olacağıq”, – Qulyas bildirib.
Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Aİ-ni SSRİ-nin uğursuz parodiyası adlandırıb. O, Avropa İttifaqının liberal demokratiya modelini tətbiq etməklə, Macarıstanı öz kimliyindən məhrum etməyə çalışdığını xatırladıb. Borrell isə cavabında bildirib ki, heç kim Macarıstanı zorla Avropa İttifaqında saxlamır.
Ariz Həsənoğlu,
KONKRET.az
