Macarıstanın baş naziri gələn həftə Gürcüstana səfər edəcəkbackend

Macarıstanın baş naziri gələn həftə Gürcüstana səfər edəcək

Macarıstanın baş naziri Viktor Orban nümayəndə heyəti ilə birlikdə gələn həftə Gürcüstana səfər edəcək.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Gələn həftə mən Tbilisidə olacam. Tbilisidə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bütün nazirlər mənimlə olacaqlar”, – Orban deyib.

Macarıstanın baş naziri də Gürcüstanın Avropa yolunu dəstəklədiyini bildirib, Avropa İttifaqının bu ölkəyə ehtiyacı olduğunu xatırladıb.

Qeyd edək ki, ölkələr arasında sonuncu dəfə 2022-ci ilin oktyabrında yüksək səviyyəli səfərlər mübadiləsi aparıblar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*