Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandıbackend

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun doğularkən kişi olduğunu iddia edən fransız jurnalist və bloqer Nataşa Rey barəsində yekun qərarını verib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Vəkilin paylaşımında Nataşa Reyin Bricit Tronye-Makron və Jan-Mişel Tronye tərəfindən ona qarşı irəli sürülmüş böhtan iddiası üzrə məhkəmə prosesini qəti şəkildə qazandığı qeyd olunub.

Xatırladaq ki, skandal 2021-ci ildə Nataşa Reyin “YouTube” kanalında yayımlanan videoda prezidentin həyat yoldaşının cinsini dəyişdirdiyini və əsl adının Jan-Mişel Tronye olduğunu iddia etməsi ilə başlanmışdı. 2024-cü ilin sentyabrında Paris məhkəməsi bloqerə və kanal sahibinə 13.5 min avro cərimə kəssə də, 2025-ci ilin iyulunda Apellyasiya Məhkəməsi iddiaların böhtan tərkibi daşımadığına hökm edərək Reyə bəraət vermişdi. Bricit Makronun vəkillərinin kassasiya şikayəti verməsinə baxmayaraq, məhkəmə prosesi jurnalistin qəti qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*