backend

Maksim Paşkovski: "İşğalçı qüvvələr suveren dövlətinizin ərazisini zəbt edib"

Bazar günü səhər saatlarında erməni hərbçiləri tərəfindən Gəncəyə vurulan zərbə aqressiya və nifrətin göstəricisidir.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Maksim Paşkovski bildirib.

“Hərbi nöqteyi-nəzərdən məna daşımayan bu zərbə nəticəsində mülki insanlar həlak olub. İnsanların həlak olması isə qəddarlığın nümunəsidir”, – deyə deputat qeyd edib.

O bildirib ki, hər zaman bir çıxış yolunu tapmaq mümkündür:

“Sizdə vəziyyət belədir: işğalçı qüvvələr suveren dövlətinizin ərazisini zəbt edir. Sizə güc və başınızın üzərində dinc səma arzulayıram!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*