MAQATE-nin Tehranla danışıqları İran prezidenti və xarici işlər nazirinin ölümü ilə əlaqədar dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi açıqılama verib.
O bildirib ki, İran prezidenti və xarici işlər nazirinin helikopter qəzasında həlak olması BMT-nin nüvə agentliyinin Tehranla danışıqlarında fasiləyə səbəb olub. .
“Onlar yas içindədirlər və biz buna hörmət etməliyik. Ancaq bütün bunlar bitən kimi əməkdaşlığa başlayacağıq”, – deyə Qrossi bildirib.
Burhan,
KONKRET.az
