Markov: “Bu, Paşinyan tərəfindən Putinə və Rusiyaya təhqirdir” – VİDEObackend

Markov: "Bu, Paşinyan tərəfindən Putinə və Rusiyaya təhqirdir" - VİDEO

“Ermənistan Rusiyanın müttəfiqi deyil, xaindir”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov danışıb.

“Ermənistan birbaşa Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulub. Çox təəccüblüdür ki, Ermənistan Rusiya üçün ən həssas məqamda, Haaqanın Vladimir Putini həbs etmək qərarından bir neçə gün sonra bunu etdi.

Əlbəttə ki, bu, Paşinyan tərəfindən Putinə təhqirdir və Rusiyaya sillədir.

Bu qərar açıq-aydın göstərir ki, Paşinyan Rusiya ilə bütün əlaqələri kəsmək istəyir və onun prezidentinə hörmət etmir.

Bu qərar onu da sübut edir ki, Ermənistan Rusiyanın müttəfiqi deyil, xaindir. Rəsmi Moskva buna belə yanaşmalıdır.

Rusiya daha əvvəlllər də Ermənistandan satqın hərəkətlər görüb. Ermənistan tərəfindən bu cür açıq-aşkar xəyanət olacaqsa, Rusiya Azərbaycanın xeyrinə seçim etməlidir.

Rusiya ictimaiyyəti bu qərardan çox qəzəblənib. Ölkəmizdəki erməni diasporunun Vətənimizə qarşı bu utanmaz və hiddətləndirici qərarına susacaqlarından qorxuram”, – Markov deyib.

Daha ətraflı videoda:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*