Marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq – RƏSMİbackend

Marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq - RƏSMİ

Bu gün Nəqliyyatın İdarəetmə Mərkəzi xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.

“Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Həmçinin qəsəbələr ətrafı və şəhər ətrafı müntəzəm marşurut xətləri ləğv ediləcək. Bu halda o xətlər müntəzəm marşurut xətləri ilə əvəz ediləcək. O xətlər qəsəbələrdən əhalini metrostansiyalara daşıyacaq. Biz əhalidən məsafə qorunması barədə tələblər etsək də, əməl etmirlər. Sürücülərdən və ya nəqliyyat əməkdaşlarından kimsə virusa yoluxsa, biz qarajın fəaliyyətini dayandırmalı olacağıq. Bu isə arzuolunmaz haldır. Bununla bağlı operativ qərargaha müraciət edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*