Marşrutların hərəkət sxemi “Google Maps”ə yenidən qaytarıldıbackend

Marşrutların hərəkət sxemi “Google Maps”ə yenidən qaytarıldı

Bakıda marşrut xətləri ilə bağlı zəruri məlumatları “Google Maps” platformasından əldə etmək artıq yenidən mümkündür.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentiyi məlumat yayıb.

Qeyd olunub ki, xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.

Xatırladaq ki, mayın əvvəlində Bakıda müntəzəm marşrut xətlərinə dair məlumatlar “Google Maps” servisindən silinmişdi. Bu da sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə, narazılıqlara səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*