Matevosyan Paşinyan hakimiyyətinin hiyləsindən YAZDIbackend

Matevosyan Paşinyan hakimiyyətinin hiyləsindən YAZDI

“Postsovet məkanında bütün inqilablar geosiyasi seçim nəticəsində baş verib”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan özünün Teleqram kanalında yazıb.

Ekspert daha sonra qeyd edib ki, Ermənistan 2018-ci ildən geosiyasi aspektlərdən tamamilə qopub: “Belə bir sual yaranır: Ermənistan kimin tərəfdaşıdır; Rusiyanın, yoxsa Qərbin? Əgər Rusiyanın yanında olsaydıq, İrəvan küçələrində qüvvələr nisbəti fərqli olardı. Əksinə, bu hərəkat korrupsiya və mənimsəmə ilə mübarizə haqqında “erməni inqilabı” mifinin yaranmasına kömək etdi. Artıq bir sıra ekspertlər, siyasətçilər və fəallar ondan danışırdılar ki, prosesin məqsədi təkcə Qarabağı təslim etmək deyil, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və İran sərhədləri ətrafındakı halqanın bağlanmasıdır. Və sonrakı hadisələr bu beşillik hesablamaların doğruluğunu sübut etdi.

Ermənistanın bloklara qoşulmayan dövlətə çevrilmək imkanını nəzərdən keçirən dövlət rəsmiləri ölkəmizi uçuruma yuvarlayır. Bu, sadəcə hakimiyyətin hiyləsidir və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dilindən səsləndirilir.  İndi onlar  Rusiyanın yaratdığı hərbi-siyasi birliklərdən çıxmaq istəklərini bu cür ifadə edirlər. Ölkə bu strukturlardan çıxarılır və hərbi-siyasi təhlükəsizlik günbəzi dağıdılır.

Həm də Moskva və Tehranın reaksiyasını öyrənmək siyasətidir. Eyni zamanda Ermənistan cəmiyyətini bu mərhələyə hazırlamaqla məşğuldurlar. Bütün hökumətyönlü media və ekspertlər ictimaiyyətə deyirlər ki, Nikol Paşinyan ölkəni parlaq gələcəyə aparır. Həmin gələcəyin astanasında isə Avropa və NATO dayanıb”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*