Bakıda 11 və 9 yaşlı bacıların ölümü ilə bağlı rəsmi açıqlamabackend

Bakıda 11 və 9 yaşlı bacıların ölümü ilə bağlı rəsmi açıqlama

Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, noyabrın 7-də saat 09:35-də və noyabrın 22-də saat 06:45-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırışlar qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən noyabrın 7-də 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), noyabrın 22-də isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktları qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*