Məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq – QƏRARbackend

Məhdudiyyətlər iyulun 15-dək tətbiq olunacaq – QƏRAR

Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib.

KONKRET.az-ın xəbərinə görə, qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.

Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.

Düzəlişlər hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri əhatə edir.

Parlament çoxluğunun üzvləri bildirib ki, dəyişikliklərin yeganə məqsədi ictimai sağlamlığın qorunmasıdır. Deputat İrakli Kobaxidze məhdudiyyətlərin iyulun 15-dək tətbiq olunmasını təklif edib. Parlament üzvləri qanunvericilik dəyişikliklərini bu qeydlə dəstəkləyiblər.

Müxalifət və müstəqil deputatlar isə dəyişiklikləri dəstəkləməyiblər.

Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatacaq.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*