Məhkəmə Ermənistanın müxalifət telekanalının rəhbərini HƏBS ETMƏDİbackend

Məhkəmə Ermənistanın müxalifət telekanalının rəhbərini HƏBS ETMƏDİ

Şənbə günü səhər İrəvanın ümumi yurisdiksiya məhkəməsi istintaq orqanlarının vəsatətini rədd edib və müxalif “Yerkir Media” telekanalının direktoru Baqrat Yesayanın həbsindən imtina edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yesayanın vəkili Vaqe Yeprikyan öz Facebook səhifəsində yazıb.

“Məhkəmə Baqrat Yesayanın həbsindən imtina etdi” deyə o, qeyd edib.

Telekanalın direktoru cümə günü Milli Təhlükəsizlik Xidməti tərəfindən iş otağında saxlanılıb. O, iğtişaşlar təşkil etməkdə ittiham olunur. Müxalif “Yerkir Media” telekanalı Daşnaksütyun partiyası ilə bağlıdır. Yesayan özü də bu siyasi təşkilatın fəal üzvüdür.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*