Meksika prezidenti ABŞ-Meksika sərhədində yeni divar tikmək planlarını rədd etdibackend

Meksika prezidenti ABŞ-Meksika sərhədində yeni divar tikmək planlarını rədd etdi

Meksika prezidenti Andrés Manuel López Obrador ABŞ-Meksika sərhədində divarın yeni hissələrinin tikilməsi planlarını rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Lopez Mexikoda ABŞ dövlət katibi Antoni Blinken və digər yüksək vəzifəli rəsmilərlə danışıqlardan əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

Prezidentin sözlərinə görə, Meksika sərhədindən ABŞ-a keçənlərin sayı artdıqca gələn danışıqlarda narkotik ticarəti, ticarət və investisiyalar da gündəmdə olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Obradorla görüşü zamanı Blinken ona Meksikanın həbsdə olan narkobaron Xoakin “El Çapo” Quzmanın oğlu Ovidio Quzmanın sentyabrın 15-də ekstradisiyası üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Bundan əlavə, onlar qeyri-qanuni immiqrasiya və fentanillə bağlı məsələləri müzakirə aparıblar.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*