Məktəblilər əraziyə giriş üçün biometrik aparatdan istifadə edəcəkbackend

Məktəblilər əraziyə giriş üçün biometrik aparatdan istifadə edəcək

Müvafiq qanun layihəsinin Dövlət Dumasına təqdim olunması planlaşdırılır,.

KONKRET.az xəbər verir ki, bunu baş nazirin müavini Dmitri Qriqorenko bildirib.

Beləliklə, “üz ilə giriş” kartlara və buraxılış vərəqələrinə alternativ olacaq. Adi buraxılış kartından fərqli olaraq, biometrik məlumatları itirmək və ya başqasına ötürmək mümkün deyil. Bu isə təhsil müəssisəsində təhlükəsizliyi daha da artıracaq.

Biometrik sistem ənənəvi buraxılış üsullarına alternativ kimi tətbiq olunacaq. Qriqorenkonun sözlərinə görə, biometrik giriş xidməti artıq Tatarıstanda pilot rejimdə sınaqdan keçirilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*