Ukraynanın Melitopol şəhərində ukraynalı hərbçilər uşaqlara sataşan rusiyalı həbçini cəzalandırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov məlumat verib.
O bildirib ki, rusiyalıya qarşı sərt tədbirlər görülüb:
“Rusiya əsgəri şəhərin mikrorayonlarından birində küçədə azyaşlı qıza sataşdı. Amma bizim partizanlar hər yerdə var. Cəzasını verdilər. Bu, simvolik olaraq Ukraynanın Qəhrəmanları küçəsində baş verdi”.//Oxu.az
