“Melkonyan deyirdi ki, Qarabağın itirilməsi tariximizin son səhifəsi olacaq, artıq o səhifəni keçmişik” – Babayanbackend

"Melkonyan deyirdi ki, Qarabağın itirilməsi tariximizin son səhifəsi olacaq, artıq o səhifəni keçmişik" - Babayan

“Monte Melkonyan deyib ki, Qarabağın itirilməsi erməni tarixinin son səhifəsi olacaq, biz artıq o səhifəni keçmişik”.

KONKRET.az xəbər verir ki, bunu “İslahatçılar” partiyasının sədri Vahan Babayan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Monte Melkonyan deyib ki, Qarabağı itirsək, erməni tarixinin son səhifəsini vərəqləyəcəyik. İndi o qədər də bədbin deyiləm. Çünki biz artıq o səhifəni çevirmişik.

Elə bir məqam gələcək ki, ondan sonra dönüş olacaq. Bəli, müharibə təhlükəsi həmişə var, bunu unutmaq olmaz.

Lakin erməni xalqı Qarabağ uğrunda mübarizəni davam etdirmək üçün cəsarət və imkan əldə edəcək”, – deyə Babayan sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*