Melkonyan: “Ermənistan Azərbaycanın istədiyi bütün əraziləri verəcək”backend

Melkonyan: “Ermənistan Azərbaycanın istədiyi bütün əraziləri verəcək”

“Erməni ordusu Azərbaycan ordusunun qarşısında acizdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Sergey Melkonyan bildirib.

O jurnalistlərə verdiyi müsahibədə bir sıra məqamlara toxunub: “Ermənistan hökuməti saxta demarkasiya adı altında torpaqları Azərbaycana verir və ona beynəlxalq legitimlik statutusu geyindirir.

Azərbaycanın dediklərinə diqqət yetirmək çox vacibdir. Çünki onlar qalib tərəfdir və heç nəyi gizlətmirlər. Azərbaycan gündəliyi diqtə edir. Rəsmi Bakı indi də deyir ki, Ermənistan Zəngəzur dəhlizini açmasa, regional kommunikasiyalardan kənarda qalacaq. Zəngəzur dəhlizi ilə bağlı bəzi ilkin tənzimləmələr, ən azı müzakirələr var, amma hələlik bu barədə heç nə bilmirik”.

Onun sözlərinə görə, “Rusiya son görüşdə Paşinyandan Ermənistanla əldə olunan razılaşmalardan, KTMT-dən, Aİİ-dən çıxmayacağına dair zəmanət alıb. 102-ci hərbi baza Ermənistanda qalacaq. Rusiya Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin durmadan artması ilə özünü təmin edib. Rusiya isə görür ki, Ermənistan Qərb sanksiyalarından faydalanır, ona görə də təbii olaraq Aİİ-dən çıxmayacaq”.

Politoloq hesab edir ki, “Rusiyada yanaşma belədir: Ermənistanın alternativ bazarı yoxdur və onun iqtisadiyyatı 50 faiz Aİİ-dən asılıdır, iqtisadi qarşılıqlı asılılıq Ermənistanı Aİ-yə doğru kəskin addımlar atmaqdan saxlayır. Rusiya status-kvonun tərəfdarı olan ölkədir. vəziyyəti nə qədər sabit olsa, onun üçün bir o qədər yaxşıdır.

Azərbaycanla genişmiqyaslı eskalasiya Ermənistan üçün əhəmiyyətli itkilərlə nəticələnəcək, ona görə də status-kvonu saxlamaq Rusiya üçün faydalıdır”.

Sergey Melkonyan bildirib ki, “Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən dərhal sonra ordunu, kilsəni, təhlükəsizlik və dövlət sistemlərini hədəfə aldı. Doğrudur, bu hücumlar kilsəni zəiflədə bilmədi. Erməni Apostol Kilsəsi bir qurum olaraq ən yüksək rütbəyə malikdir və indi faktiki olaraq qalan son qaladır. Azərbaycan çox yaxşı başa düşür ki, nə qədər ki, Ermənistandakı kilsə indiki rola malik deyil, onlar öz məqsədlərinə daha asan nail ola biləcəklər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*