“Məmurlar prezidentin ayırdığı pulları “Diqlas”da zərər çəkmiş sahibkarlara çatdırmırlar” – İTTİHAMbackend

Məmurlar prezidentin ayırdığı pulları “Diqlas”da zərər çəkmiş sahibkarlara çatdırmırlar” - İTTİHAM

“Ayrı-ayrı məmurlar “Diqlas” ticarət mərkəzindəki yanğınla əlaqədar prezidentin ayırdığı pulları zərəçəkənlərə çatdırmırlar”.

Konkret.az Modern.az – a istinadən xəbər verir ki, bunu “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş dəyirmi masada çıxış edərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib. O qeyd edib ki, bununla bağlı vətəndaşların çoxsaylı şikayətləri daxil olub:

“Məmuların özbaşınalığı hökumətə inamsızlıq yaradır. Hətta 100-ə yaxın sahibkar bu problemlə üzləşib”.

N.Cəfəroğlu bildirib ki, bir sıra məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salırlar:

“Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın getsin də onları. Onlar üzündən ölkəmizə söz deyilməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*