Mərkəzi Bank bu şirkəti cərimələdibackend

Mərkəzi Bank bu şirkəti cərimələdi

“Boruavadanlig” MMC-yə cərimə protokolu yazılıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Nərminə Rzayevanın icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Boruavadanlig” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Həsənov Aydın Əmiraslan oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 100 manat, dövlət qeydiyyatına alındığı tarix isə 30.03.2016-ci ildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*