Uzun illər ədliyyə orqanlarında çalışmış tanınmış penitensiar xidmət əməkdaşı, Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan Sadıqov vəfat edib.
KONKRET.az xəbər verir ki, təqaüddə olan ədliyyə polkovniki ötən gün 73 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, E.Sadıqov 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib. Bundan əvvəl isə Şüvəlan İstintaq Təcridxanasına, həmçinin 10 və 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.
Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./Qafqazinfo/

