Məşhur rəssam öz əsərlərini YANDIRDI – VİDEObackend

Məşhur rəssam öz əsərlərini YANDIRDI - VİDEO

Britaniyanın ən zəngin rəssamı Demien Xerst 1000-ə yaxın sənət əsərini yandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə instaqramda paylaşım edib.

Bildirilir ki, 57 yaşlı rəssam əsərlərini Londondakı “Newport Street Gallery”də yandırıb.

Tanınmış rəssam daha minlərlə sənət əsərini yandıracağını bildirib.

“Bir çox insanlar hesab edir ki, mən milyonlarla dollarlıq əsəri yandırıram, amma bu doğru deyil. Fiziki versiyaları yandırmaqla bu sənət əsərlərinin NFT-yə çevrilməsini tamamlayıram”, – Xerst instaqramda yazıb.

Qeyd edək ki, yandırılan əsərlərin təxminən 10 milyon dollar dəyərində olduğu bildirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*