Məşhur stadion sökülə bilərbackend

Məşhur stadion sökülə bilər - Qərar verildi

“San-Siro” stadionu tarixi status verilmədiyi üçün sökülə bilər.

İtaliyanın mədəni irslərə nəzarət şurasının komissiyası “San-Siro” (Cüzeppe Meatsa) stadionu ilə bağlı qərarını açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, Milan şəhərindəki idman qurğusu şəhərin tarixi mədəni əmlakı statusu almayıb.

Komissiya bunu onunla izah edib ki, DÇ-1990 üçün aparılan yenidənqurma işlərindən sonra 1925-ci ildə inşa olunan stadionun tarixi arxitekturasının çox cüzi hissəsi saxlanılıb. Qurumun fikrincə, arena daim yenidənqurma işləri ilə təzələnirsə mədəni irs obyekti sayıla bilməz.

Bu isə o deməkdir ki, “Milan” və “İnter” klublarının ev oyunlarını keçirdiyi “San-Siro” stadionu yeni arenanın tikintisi üçün sökülə bilər. Hərçənd şəhər rəhbərliyi köhnə idman qurğusunu da saxlamaq niyyətində idi.

APASPORT.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*