Məşhur universitet arzuolunmaz elan edildibackend

Məşhur universitet arzuolunmaz elan edildi

Avstriyada yerləşən Mərkəzi Avropa Universitetinin Rusiyada fəaliyyəti arzuolunmaz elan edilib.

K0ONKRET.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, amerikalı milyarder Corc Sorosun fondundan maliyyələşən Mərkəzi Avropa Universiteti “qlobal mediada Rusiya əleyhinə gündəm formalaşdırır. ”

Məlumatda iddia edilir ki, universitet Rusiya tarixini dəyərsizləşdirən və təhrif edən bir sıra təhsil proqramlarına başlayıb.

Universitet Vyanada yerləşən özəl ali təhsil müəssisəsidir. Təhsil olacağı ABŞ və Avstriyada akkreditə olunub. 1991-ci ildə Praqada təsis edilib, 1993-cü ildən Budapeştdə fəaliyyət göstərib, lakin 2019-cu ildə Macarıstan hakimiyyətinin xüsusi olaraq qəbul etdiyi qanuna görə fəaliyyətini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*