Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində qazanılan 2:1 hesablı qələbəni Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya həsr edib.
KONKRET.az xəbər verir ki, Messi oyundan sonra belə deyib:
“Əminəm ki, Dieqo bizi yuxarıdan izləyir və bu qələbədən böyük sevinc duyur. Bu qələbə onun üçündür. Bu gün mənim üçün hər zaman xüsusi məna kəsb edib. Ona bu sevinci yaşada bildiyim üçün xoşbəxtəm. İnanıram ki, o, ətrafda baş verən hər şeydən xəbərdardır və bundan zövq alır. Biz Dieqonun dövründə yaşamaq şansını əldə etmişik. Heç vaxt özümü onunla müqayisə etmək istəməmişəm və bilirəm ki, o, məni sevirdi. Ən çox birlikdə keçirdiyimiz gözəl anları xatırlamağa üstünlük verirəm”, – deyə Messi bildirib.
Xatırladaq ki, yarımfinal görüşü Argentinanın əzmkar qələbəsi ilə başa çatıb. Cənubi Amerika təmsilçisi 85-ci dəqiqəyədək 0:1 hesabı ilə geridə olsa da, matçın sonlarında vurduğu iki qolla 2:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.
DÇ-2026-nın finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. Həlledici oyun iyulun 19-da keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
