Məzahir Pənahov nə qədər pensiya alacaq? – MƏBLƏĞbackend

Məzahir Pənahov nə qədər pensiya alacaq? – MƏBLƏĞ

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun alacağı pensiyanın miqdarı açıqlanıb.

KONKRET.az-ın xəbərinə görə, 1951-ci il təvəllüdlü M.Pənahov 2 448 manat pensiya alacaq.

Belə ki, hazırda vəzifə maaşı 3 060 manat olan M.Pənahova pensiyaya çıxdıqdan sonra bu məbləğin 80 faizi veriləcək.

Qeyd: Artıq VI çağırış Milli Məclis formalaşıb, qanunauyğun olaraq MSK-nın da tərkibi yenidən formalaşmalıdır. Prosesin bu ilin sonunda baş verəcəyi bildirilir. M.Pənahovun namizədliyinin irəli sürülməyəcəyi qeyd olunur.

Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.

Pravda.az

  • Kəmalə
    İyun 6, 2020 - 11:51

    Mən basa düsmürem .Bu qeder saxdakarlik olar .Yoldasim 34 il devlete can qoyub tehlukeli isde isdeyib .indi ona is yox pensiya yox bele serefsizler hele islir ve pensiyada alir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*