Milanda 260 illik temperatur rekordu qırıldıbackend

Milanda 260 illik temperatur rekordu qırıldı

İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) İtaliyanın şimal bölgələrində yerləşən Milan şəhərində 1763-cü ildən bəri temperatur rekordunun qırıldığını açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada temperaturun 33 dərəcəyə yüksəldiyi və bu rekordun son rekordunun 11 avqust 2003-cü ildə 32,8 dərəcə selsi olduğu bildirilib.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Açıqlamada, intensiv və anormal temperaturların İtaliya Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların müşahidə ediləcəyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*