SEPAH ABŞ-ın Omandakı radar sistemlərini vurdubackend

SEPAH ABŞ-ın Omandakı radar sistemlərini vurdu

İran ABŞ-ın Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.

KONKRET.az bildirir ki, apa-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-ın Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində hava nəzarət radarını hədəfə alaraq məhv edib.

Eyni zamanda, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*