Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edildibackend

Azərbaycan-Litva ikitərəfi əlaqələri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litva səfiri Kestutis Vaşkeleviçusla görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında bildirib.

Diplomatın sözlərinə görə, tərəflər ölkələr arasında qarşılıqlı əlaqələri, region və Avropanın təhlükəsizliyi, eyni zamanda, Litvanın Avropa İttifaqında qarşıdan gələn prezidentliyini müzakirə ediblər.

“Litva-Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün can atırıq”, – səfir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*