Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verdibackend

Mərkəzi Bank elektron pul təşkilatına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib.

KONKRET.az xəbər verir ki, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı düşməsinin öncədən izlənilməsi və vaxtında müvafiq tədbirləri görülməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Xatırladaq ki, ötən il yanvarın 15-də Mərkəzi Bank “Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. Həmin ilin avqust ayında da tənzimləyici tərəfindən MMC-yə icrası məcburi olan göstəriş verilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*