ABŞ prezidenti Donald Trampın Almaniyadan Amerika qoşunlarının bir hissəsini çıxarma ehtimalı ilə bağlı açıqlaması Pentaqonda təəccüb doğurub.
KONKRET.az-ın xəbərinə görə, Politico yazır ki, bir çox rəsmilər bu planı ilk dəfə Trampın sosial şəbəkə paylaşımından öyrəniblər.
Məlumata görə, bu təşəbbüs ABŞ-ın qlobal hərbi yerləşdirilməsinə dair son strategiya ilə ziddiyyət təşkil edir və orada Avropadan genişmiqyaslı çıxarılma nəzərdə tutulmur.
Rəsmilər bildiriblər ki, belə plan gözlənilməsə də, Trampın əvvəlki prezidentliyi dövründə sözügedən məsələyə ciddi yanaşdığı üçün açıqlama diqqətlə izlənilir.
Xatırladılır ki, Tramp 2020-ci ildə Almaniyadan 12 min hərbçinin çıxarılması barədə göstəriş versə də, bu qərar icra olunmamışdı. Bununla yanaşı, o, son dövrlərdə NATO ilə bağlı sərt bəyanatlar səsləndirib.
Almaniyada hazırda 35–40 min ABŞ hərbçisi yerləşir və bu qüvvələr Vaşinqtonun qlobal hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
