Bu ilin may ayının 4-də İrəvanda Avropa Siyasi Birliyinin VIII zirvə toplantısı keçiriləcək. Tədbirə bir çox ölkə liderləri qatılacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan zirvə toplantısına Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı da dəvət edib.
Türkiyə Prezidentinin İrəvana gedib-getməyəcəyi maraq doğurur.
KONKRET.az-ın xəbərinə görə, Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Prezident Ərdoğanın İrəvana səfəri baş tutmayacaq.
“İrəvanda Avropa Siyasi Birliyinin VIII toplantısı mayın 4-də baş tutacaq. Tədbir çox az bir müddət qalıb. Cənab Prezidentimiz Rəcəb Tayyip Ərdoğanın toplantıda iştirak üçün İrəvana səfər etməsi mümkün görünmür”,-deyə Ş.Ayrım vurğulayıb.
