Miqrantları daşıyan qayıq batdı: 15 nəfər itkin düşdübackend

Miqrantları daşıyan qayıq batdı: 15 nəfər itkin düşdü

Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cəbabli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 15 nəfər itkin düşüb, 4 nəfər isə xilas edilib.

Cəbabli qeyd edib ki, ölkənin cənub bölgəsindəki Sfaks şəhəri yaxınlığında batan qayığı bir balıqçı tapıb.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Tunis Milli Təhlükəsizlik Qüvvələrinin aprelin 7-də verdiyi açıqlamada qeyd olunub ki, yanvarın 1-dən martın 31-dək həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qeyri-qanuni miqrasiya cəhdinin qarşısı alınıb və 27 mindən çox miqrant saxlanılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*