Mirələmov dünyada məşhurlaşdı: “Nyu-Yorkun növbəti qubernatoru olacaq” – VİDEObackend

Mirələmov dünyada məşhurlaşdı: “Nyu-Yorkun növbəti qubernatoru olacaq" - VİDEO

Azərbaycan Milli Məclisinin keçmiş deputatı Hüseynbala Mirələmovun məşhur videosu ABŞ-ın ABC telekanalında yayımlanan populyar “Jimmi Kimmel Live!” (Cimmi Kimmel canlı yayımda) tok-şousunda göstərilib.

“Bu videoda Azərbaycan hökumətindən hansısa rəsmi nümayəndə onlayn konfransda iştirak edir, ancaq bundan xəbərsizdir. Baxın, biz Nyu-Yorkun növbəti qubernatorunu belə tapa bildik”, – deyə aparıcı qalmaqallı videonu şərh edib.

Qeyd edək ki, aparıcı çıxışı zamanı ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kyomonu nəzərdə tutur. O, dəfələrlə seksual xarakterli hərəkətlərə yol verməkdə ittiham olunub. Nyu-York ştatının baş prokuroru bununla bağlı araşdırma aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*