Səyahət zamanı gizli xərclər: hər şey daxil paketi alarkən nələrə diqqət etməliyik?backend

Səyahət zamanı gizli xərclər: hər şey daxil paketi alarkən nələrə diqqət etməliyik?

Misir dünyanın ən məşhur kurort ölkələrindən biri statusuna malikdir. Hər il ora yüzlərlə insan səfər edir. Onların əksəriyyəti hər şey daxil paketlərindən yararlanırlar. İnsanlar əmindir ki, bu paketlər sayəsində tətilə daha çox pul xərcləməyəcəklər.

Amma əslində Misirdə turist bir sıra xərclərə hazır olmalıdır.

Misirdə hər bir otelin alkoqolla bağlı öz məhdudiyyətləri var. Tutaq ki, yemək xərcləri paketə daxil olsa da, turist otaqda minibardan istifadə etdikdə əlavə ödəniş etməldir. Ən pisi isə turistin bundan oteldən ayrılarkən xəbər tutmasıdır. Belə ki, səyahətinizin sonunda yüksək hesablı ödəniş qəbzi ilə rastlaşa bilərsiz. Ona görə də bu məqamları əvvəlcədən otelin özü ilə dəqiqləşdirmək lazımdır.

Bundan əlavə, istirahət edənlər otelə məxsus əşyaları qaytarmağı unudarlarsa, böyük məbləğdə cərimələrlə üzləşə bilərlər. Bu, ilk növbədə çimərlik dəsmallarına aiddir. Heyət qonaqlara heç nə deməyəcək, lakin oteldən ayrılan zamanı hər itirilmiş əşyaya görə pul tələb olunacaq.

Səyahətin sonunda həm də otel heyətinə təşəkkür etmək üçün pul hazırlamağa dəyər. Belə ki, otel işçiləri istirahətə gələnlərdən sonda onlara bu yolla əlavə qarşılıq verməyi gözləyirlər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*