ABŞ-ın hazırda Ukraynaya ödənişsiz təqdim etdiyi yeganə əsas dəstək kəşfiyyat məlumatlarıdır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Atlantic” yazıb.
Buraya Rusiya qoşunlarının dislokasiya məntəqələrinə və Rusiyanın daxilində yerləşən enerji infrastrukturuna zərbələr üçün hədəfləmə məlumatlarının təqdim edilməsi də daxildir.
Bu siyasətin davam etdirilməsində əsas rolu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff oynayır. İddiaya görə, Retkliff qolf meydançalarında Trampa Rusiya ordusunun döyüş meydanındakı itkiləri barədə məlumatlar təqdim edir. Nəşr həmin itkilərin hazırda ayda 40 min nəfəri keçdiyini bildirir.
Natiq Səlim,
KONKRET.az
