“Milan” və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç 2026-cı il dünya çempionatından sonra aktiv futbolçu karyerasını başa vurmağı planlaşdırır.
40 yaşlı yarımmüdafiəçinin İtaliya klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, tərəflər müqavilənin müddətini artırmaq niyyətində deyillər.
Qeyd edək ki, Modriç “Milan”da 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.
