Moldovada ABŞ ordusu – TƏFƏRRÜATLARbackend

Moldovada ABŞ ordusu – TƏFƏRRÜATLAR

ABŞ hərbçiləri Moldovaya gəlib. Şimali Karolina Milli Hava Qvardiyasının C-17 təyyarəsi Kişinyov hava limanına eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Moldovadakı səfirliyi məlumat yayıb. Məlumata görə, amerikalı hərbçilərin olduğu təyyarə “Sülh qalxanı” təlimlərinə dəstək vermək üçün Moldovaya uçub.

“Şimali Karolina Qvardiyasının və ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin 35 üzvü Moldova Respublikası ilə əməkdaşlıqda fövqəladə hallar zamanı Moldova vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan cavab taktikalarını tətbiq edəcək”, – deyə məlumatda bildirilir. Bundan əlavə, C-17 təyyarəsi Amerika yardımı çərçivəsində Moldova Müdafiə Nazirliyinə veriləcək tibbi avadanlıqlar tədarük edib.

Estoniyada da NATO-nun irimiqyaslı hərbi təlimləri keçiriləcək. Fransa bu təlimlərdə Ukraynada faydalı olacaq xüsusi bölmə hazırlayır. Estoniyada keçirilən təlimlərdə ümumilikdə 14 min NATO hərbçisi iştirak edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*