Moldova İnformasiya və Təhlükəsizlik Xidməti dezinformasiya ilə mübarizə məqsədilə respublikada 20-dən çox Rusiya KİV-nin bloklanması ilə bağlı qərar qəbul edib.
KONKRET.az xəbər verir ki, müvafiq qərar çərşənbə axşamı departamentin saytında dərc edilib.
“İnformasiya və Təhlükəsizlik Xidmətinin direktorunun 20 aprel tarixli 22 saylı əmri ilə fövqəladə vəziyyət dövründə milli təhlükəsizliyə təsir edən sahədə yalan məlumatlar yayan onlayn məzmunlu mənbələrin siyahısı müəyyənləşib.
Qərara əsasən Moldovadan olan istifadəçilərin “Birinci Kanal”, “NTV”, “Rossiya-1”, “Mir” telekanalı, eləcə də RT, REN TV, “Zvezda” telekanalları və s. saytlara girişinin dərhal bloklanması üçün şəbəkə provayderlərinə və elektron rabitə xidmətlərinə əmr göndərilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
