“İntellektual gömrük” informasiya sistemi yaradılıb.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanla müəyyən edilib ki, İGİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.
