Moldovada Rusiya xəbər proqramları, hərbi filmləri QADAĞAN OLUNDUbackend

Moldovada Rusiya xəbər proqramları, hərbi filmləri QADAĞAN OLUNDU

Moldovada Rusiya xəbər və analitik proqramlarının, hərbi filmlərinin nümayişini qadağan olundu.

KONKRET.az xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu qanun imzalayıb.

Ölkədə Rusiya xəbər və analitik proqramlarının, habelə Rusiya Federasiyasından hərbi filmlərin nümayişini qadağan edən qanun gələn həftə qüvvəyə minəcək.

“Qanun prezident tərəfindən imzalanıb. O, ciddi sanksiyalar nəzərdə tutan dezinformasiya anlayışını təsbit edir. Əgər fakt aşkarlanarsa, şirkət 7 il müddətinə lisenziyadan məhrum ediləcək”, – Televiziya və Radio Şurasının rəhbəri bildirib Liliana Vitsu bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*