Rusiya Daxili İşlər Nazirliyi yaxın vaxtlarda Moskva hava limanlarında immiqrantların barmaq izlərinin götürülməsinə və fotoşəkillərinin çəkilməsinə başlayacaq.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri İdarəsinin rəisi Valentina Kazakova məlumat verib.
“Təəssüf ki, biz sərhəddə barmaq izininin götürülməsini tətbiq etmirik, lakin hökumətin təkliflərini nəzərə alaraq, düşünürəm ki, yaxın vaxtlarda bu eksperimentin həyata keçirilməsinə başlayacağıq. Hava limanlarında barmaq izi alınacaq və fotoşəkillər çəkiləcək”, – Kazakova deyib.
Qeyd edək ki, Rusiya Federasiyasına işləmək məqsədilə gələn əcnəbilər ölkəyə daxil olduqları gündən sonra 30 iş günü müddətində barmaq izi və foto qeydiyyatdan keçməlidirlər.
Ariz Həsənoğlu,
KONKET.az
