Moskvadan Hindistana uçan təyyarədə BOMBA HƏYƏCANIbackend

Moskvadan Hindistana uçan təyyarədə BOMBA HƏYƏCANI

Rusiyadan Hindistana uçan təyyarə bomba xəbərdarlığı səbəbindən təcili eniş edib.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistanın Aviasiya Nazirliyindəki mənbə RİA Novosti-yə məlumat verib. Bildirilib ki, Moskvadan Qoaya uçan təyyarə göyərtəsində partlayıcı qurğunun olması xəbərinə görə Hindistanın Qucarat əyalətinə enib.

Hazırda bort yoxlanılır.

Azur Air onların təyyarəsinin “anonimlik” səbəbindən Hindistanda eniş etdiyini təsdiqləyib.

Azur Air-dən verilən məlumata görə, təyinat hava limanına reysin sonrakı fəaliyyəti ilə bağlı qərar yoxlamadan sonra veriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*